Cansudan İlham Əliyev və xanımına təşəkkür - FOTOLAR

9 May 13:20 Sizdən Bizə 492
Cansudan İlham Əliyev və xanımına təşəkkür - FOTOLAR

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qazandığı qızıl medalı Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Sportinfo.az xəbər verir ki, Cansu bu barədə özünün instaqram hesabında paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - deyə Bektaş bildirib.

Aprelin 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün ilə görüşüblər.




Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər