Əri xanımına hədiyyə olaraq evini Azərbaycan bayrağına boyadı - FOTO

19 Sentyabr 2022 21:50 Sizdən Bizə 1 213
Əri xanımına hədiyyə olaraq evini Azərbaycan bayrağına boyadı - FOTO

Türkiyənin Bursa şəhərinin İznik rayonunda yaşayan ailə 4 mərtəbəli evi Azərbaycan bayrağının rənglərinə boyamaqla öz dəstəyini ifadə edib.

Əslən Azərbaycandan olan Nərgiz Aktaşın həyat yoldaşı Nüsrət Akdaş xanımına ad günü hədiyyəsi olaraq bu gərgin günlərdə Azərbaycan sevgisini bəyan edib.

Hazırda evin qarşısına çoxlu sayda insan gəlib şəkil çəkdirir.

Nüsrət Akdaş bildirib ki, evi təmirdəykən Azərbaycanda, sərhəddə gərginlik və şəhid xəbərlərini alıb.

”Qardaş ölkəyə sevgimizi bu şəkildə bildirmək istədik Azərbaycan bayrağının bağrında Türkiyə bayrağı və onun ay ulduzu var. Biz bir-birimizdən ayrılmazıq” ,deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti