Premyer Liqa klubunun "50"si

23 Aprel 09:00 Səbail 554
Premyer Liqa klubunun "50"si

Premyer Liqanın XXXI turunda “Araz-Naxçıvan”ın qonağı olan “Səbail” yubiley qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 50-ci dəfə üç xal qazanıb.

Şahin Diniyevin yetirmələri səfərdə iki cavabsız qola seviniblər.

“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadır.

“Səbail” ilk qalibiyyətini 2017/18 mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti