“Başımızı aşağı salıb işimizi görməliyik, bu, bizi maraqlandırmamalıdır”

15 Mart 19:40 Səbail 460
“Başımızı aşağı salıb işimizi görməliyik, bu, bizi maraqlandırmamalıdır”

“Səbail” son həftələrin sürpriz komandasıdır.

Mövsümün əvvəlində turnir cədvəlinin orta pillələrində qərarlaşmağı hədəfləyən “dənizçilər” hazırda “Neftçi”, “Zirə”, “Sabah” kimi iddialı rəqiblərini qabaqlayaraq ikinci sırada yerini bərkidib.

Bundan sonra əsas məqsəd turnir cədvəlindəki yeri qorumaq, ən pis halda mövsümü ilk “4-lük”də başa vurmaqdır ki, bu,, heç də asan olmayacaq.

Bəs, bunun üçün nə etmək lazımdır? “Səbail”in çempionatı gümüş medallarla başa vurması nə dərəcədə real görünür?

İsrailli müdafiəçi Nir Bardea Sportinfo.az-a məlum mövzu ilə bağlı açıqlama verib:

“Çempionatın sonuna 11 tur var. Bu, kifayət qədər ciddi zaman və rəqəmdir.

Tək biz yox, digər komandalar da mövsümü medallarla başa vurmaq istəyir. Əminəm ki, sona qədər gərgin mübarizə gedəcək.

Yerimizi qorumaq üçün ilk növbədə başımızı aşağı salıb işimizi görməliyik. Hansı yerdə olduğumuz bizi maraqlandırmamalıdır.

Bugünə qədər hər oyuna qələbə üçün çıxmışıq, eyni tempi bundan sonra da saxlamalıyıq.

Və ən vacibi, məşqlərdə daha çox çalışmalı, baş məşqçinin bizdən nə istədiyini diqqətlə dinləyib, oyunlarda onu icra etməliyik. Hələ heç nə etməmişik. Mübarizə indi başlayır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!