“Həqiqəti dedim, bundan sonrası onların vicdanına qalıb”

20 Aprel 2024 02:50 Səbail 1 027
“Həqiqəti dedim, bundan sonrası onların vicdanına qalıb”

“Kəpəz”lə oyundan sonra AFFA nümayəndəsinə həqiqəti dedim. Bundan sonrası onların vicdanına qalıb”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Səbail”in futbolçusu Adi Mehremiç Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə görüşdə hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya edilməsi barədə danışarkən deyib.

Bosniya və herseqovinalı müdafiəçi bütün diqqətlərini mövsümün son matçlarına cəmlədiklərini bildirib:

“Mən oynamasam belə, komandamın əlindən gələni artıqlaması ilə edəcəyinə əminəm. İnanıram ki, “Səbail” öz gücünü hər kəsə göstərəcək.

Hələ də mövsümü ilk “dördlük”də bitirmək şansımız var. Avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq üçün sona qədər mübarizə aparacağıq”.

“Kəpəz”lə heç-heçə (3:3) etdikləri qarşılaşmanın 90+3 dəqiqəsində qırmızı vərəqə alan Adi Mehremiçin cəzasının 2 oyunu şərti verilib. Ona 3 ay sınaq müddəti təyin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO