Sponsor az pul verdi, komandada QALMAQAL QOPDU!

1 Mart 13:00 Səbail 875
Sponsor az pul verdi, komandada QALMAQAL QOPDU!

«Səbail» yenə bir-birinə dəyib.

Bir müddət əvvəl Şahin Diniyevin oğlu Kərim Diniyevin əməli ilə sarsılan «dənizçilər»i bu dəfə Rauf Vəliyevin qərarı sarsıdıb.

«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri sponsoru olduğu komandaya az məbləğ ayırıb. Söhbət Premyer Liqanın 24-cü turunda «Sabah» üzərində əldə olunan qələbəyə görə təyin edilən mükafatın məbləğindən gedir.

Belə ki, Vəliyev 2:0 hesablı qalibiyyətə imza atan futbolçuların hər birinə cəmi 1200 manat verib. Bu isə oyunçuları hiddətləndirib.

Narazılıqlarını açıq şəkildə ifadə eləyiblər. Baş məşqçinin mükafatın məbləğinin gözləniləndən xeyli aşağı olmasının səbəbini kollektivə izah edə bilməyib.

«Səbail» hazırda 34 xalla turnir cədvəlinin 5-ci pilləsində «lövbər salıb». Bayıl təmsilçisi «bayquşlar»ı üstələməyə görə 3000 manat civarında mükafat gözləyirdi.

Göstərilən mükafatın oyunçular tərəfindən qəbul görməməsi də bundan irəli gəlir. Axı komandanın avrokuboklara vəsiqə almaq şansı var. Belə bir məqamda Rauf Vəliyevin qənaətcil davranması hamını təəccübləndirib.

Görünür, klubun Müşahidə Şurasının sədri daha Diniyevə və futbolçulara inanmır, qitə arenasına çıxacaqlarına şübhə ilə yanaşır.

Bəlkə də baş məşqçinin özünə köməkçi götürdüyü oğlunun böyük qalmaqala səbəb olan hərəkəti rəhbərin qulağına çatıb, odur ki, onlarla vidalaşmağın zamanının çatmasını düşünməyə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!