Çətin vəziyyətdə olan Premyer Liqa klubuna ağır zərbə

4 Mart 2025 23:00 Səbail 1 405
Çətin vəziyyətdə olan Premyer Liqa klubuna ağır zərbə

“Səbail” ciddi itki ilə üzləşib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klub Qorka Laruççanın xidmətindən məhrum olub.

Zədə səbəbəbindən son oyunlardan iştirak edə bilməyən 32 yaşlı yarımmüdafiəçinin əməliyyat olunmasının zəruriliyi üzə çıxıb. Odur ki, “8 nömrə” yaxın günlərdə cərrah masasına uzanacaq.

Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı əməliyyatdan sonra bilinəcək. Martdakı qarşılaşmaları kənardan izləyəcyi dəqiqdir.

“Səbail”in əsas simalarından sayılan Qorka cari Premyer Liqa mövsümündə meydana çıxdığı 21 oyunda 3 qol və 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır