COP29

Rəhbərin pulunu havaya sovuran - Qoy mən tox olum…

28 Aprel 15:40 Səbail 760
Rəhbərin pulunu havaya sovuran - Qoy mən tox olum…

«Səbail»in qələbə və məğlubiyyət sayında tarazlığı dünən pozuldu.

Şahin Diniyevin rəhbərliyi altında mövsümün sayca 12-ci yenilgisini aldılar.

Mal yiyəsinə oxşayar. «Səbail» Diniyevin səviyyəsində çıxış etməkdədir və turnir cədvəlinin aşağı sıralarında yer almaqdadır.

Baş məşqçiləri «Sabah»a uduzduqdan sonra səmimiyyətdən uzaq bir açıqlama verib. deyib ki, avrokuboklara vəsiqə qazanmamaq dünyanın axırı deyil.

Bunu o komandanın baş məşqçisinin deməyə haqqı çatar ki, büdcəsi topuqdan olsun, əli cibinə çatmasın. «Səbail»in var isə başından aşır,

Rauf Vəliyev kluba milyonlarla vəsait xərcləyib. Yalan-gerçək, deyilənə görə, ASCO-nun rəhbəri himayəsindəki «Səbail»ə bu mövsüm 10 milyon manata yaxın büdcə ayırıb.

Bu, «Səbail»in tarixində olmayan bir şeydir. 2016-cı ildə fəaliyyətə başlayan klubun xəzinəsi hələ indiyədək belə böyük olmayıb.

Diniyevin ona yaradılan şəraitin qarşılığında bu cü zəif nəticələr göstərməsi utancvericidir.

Və son açıqlamasından aydın olur ki, utanmaq hissi ona yaddır, bunu heç yaxına da buraxmır.

Mirzə Ələkbər Sabir sağ olsaydı və Şahin Diniyev kimi məşqçiləri görsəydi, yəqin ki, belə deyərdi:

«Səbail» necə tarac olur olsun, nə işim var?!
Avropaya möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələri ilə nədir karım,
Klub yenə ac olur olsun, nə işim var?!

Səs salma, rəhbərlik ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə-cahan batsa da, batsın,
«Səbail» necə tarac olur olsun, nə işim var?!
Turnir cədvəlində aşağılara möhtac olur olsun, nə işim var?!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti