“Sumqayıt” öz qapılarını Premyer Liqa klubunun üzünə açdı

27 Aprel 16:40 Səbail 1 046
“Sumqayıt” öz qapılarını Premyer Liqa klubunun üzünə açdı

“Səbail” “Sabah”la oyunun hazırlıqlarını başa vurub.

Lakin Bayılda yox, Sumqayıtda. Bu da səbəbsiz deyil.

“Dənizçilər” Premyer Liqanın 32-ci turunda səfərdə “tələbələr”in qonağı olacaq. “Bank Respublika Arena”nın qazonu təbii örtüklü olduğundan, “Səbail” otda hazırlıq keçməyi məqsədəuyğun bilib.

Bunun üçünsə “Kapital Bank Arena” seçilib. “Sumqayıt” rəhbərliyinə müraciət edən “Səbail” qarşı tərəfdən razılıq alandan sonra həftəiçi hazırlıqlarını burada keçib.

Bu gün baş tutacaq “Sabah” – “Səbail” qarşılaşması saat 17:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti