Azərbaycana yeni gələn legionerdən etiraf: “Açığı, hələ öyrəşə bilmirəm”

20 Aprel 2024 20:40 Səbail 1 410
Azərbaycana yeni gələn legionerdən etiraf: “Açığı, hələ öyrəşə bilmirəm”

“Çempionat maraqlı keçir, gərginlik var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in yeni legioneri Madi Queta deyib.

Qış fasiləsindən sonra Azərbaycanda çıxış etməyə başlayan portuqaliyalı yarımmüdafiəçi hələ də çempionata uyğunlaşa bilmədiyini etiraf edib:

“Açığı, hələ tam uyğunlaşa bilməmişəm. Çünki Portuqaliya çempionatı ilə Azərbaycan Premyer Liqasının futbol fəlsəfəsində müəyyən fərqlərlər var.

Zamanla daha yaxşı olacağıma əminəm. Cəmi bir neçə aydır buradayam. Mənə bir az zaman lazım olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -