Samir Abasova lazım olmadı, paytaxt klubunda adından söz etdirir

19 Aprel 23:00 Səbail 1 525
Samir Abasova lazım olmadı, paytaxt klubunda adından söz etdirir

Bu mövsüm Premyer Liqanın seçilən azsaylı yerli oyunçularından biri də Rüfət Abdullazadədir .

23 yaşlı futbolçu ötən mövsümün sonuna 5 tur qalmış "Sumqayıt"ın baş məşqçisi Samir Abasov tərəfindən əvəzedici komandaya göndərilmişdi.

Bəlkə də əksəriyyət onun karyerasının elə bununla da bitməsi qənaətində idi.

Amma ötən yay "Səbail"dən gələn çağrış onun Bayıla pənah gətirməsinə səbəb oldu.

Amma kimsə inanmazdı ki, yarımmüdafiəçi krayerasında bu qədər sıçrayış edə bilər.

Abdullazadə Şahin Diniyevin rəhbərliyi altında milli komandaya kimi yüksələ bildi.

O, "dənizçilər"in formasında meydana çıxdığı 32 oyunda vurduğu 8 qol və 6 assistlə yadda qalaraq əsas millinin məşqçilər korpusunun diqqətini üzərinə çəkdi.

Müqayisə üçün bildirək ki, Abdullazadə ötən mövsüm "Sumqayıt"da 20 oyunda 745 dəqiqə meydanda olub və 1 qol, 2 asistlə yadda qalıb.

"Sumqayıt"ın yetirməsi vurduğu qollar, etdiyi asistlə komandasına vacib xallar qazandırıb.

Məsələn, "Turan Tovuza", "Qəbələ" (2 dəfə) ilə matçlarda qələbələr onun qolları ilə əldə olunubsa, "Kəpəz"lə oyunda vurduğu qol, "Araz Naxçıvan" və "Zirə" ilə matçlardakı qol ötürmələri komandasına qızı dəyərində bir xal qazandırıb.

Rüfətin statistikası ilə bərabər meydandakı dinamikası da xoş sözləri haqq edir.

Sankı "Səbail"də bir rahatlıq tapıb. Onun ötən tur "Qarabağ"a vurduğu baxımlı qol zamanı göstərdiyi sərbəstliyin başqa izahı yoxdur.

İndi qalır stabilliyi qorumaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti