Yenə böyük səhv edər - Əgər onları yayda da burada saxlasa

8 Aprel 23:00 Səbail 1 329
Yenə böyük səhv edər - Əgər onları yayda da burada saxlasa

Mövsümün final mərhələsindəyik. «Qarabağ» artıq çempionluğu özü üçün təmin edib. Ondan sonrakı üç pillə uğrunda 5 komanda mübarizə aparır. «Səbail» ölkə kuboku ilə erkən vidalaşıb və avrokuboklara qatılmaq yolunda yeganə ümidi Premyer Liqaya bağlıdır. Burada isə işlər yenə qaydasında getmir. Neçə turdur ki, qələbə qazana bilmirlər. Növbəti məğlubiyyəti də «Qarabağ»dan aldılar. Və böyük ehtimalla, bu, sonuncu yenilgi olmayacaq. Köhnə türk filmlərindən bizə yadigar qaldığı kimi: bu «diz»inin davamı var.
«Səbail»də ab-hava korlanıb, yerlərdə sürünür. Özünəinam hissi futbolçuları tərk edib. Onlar artıq Şahin Diniyevi tanıyırlar, baş məşqçiyə inanmırlar.
«Qarabağ»la qarşılaşmada yaddaqalan bəzi anlar oldu, məsələn, buraxılan qollara etinasız münasibət. Uduzmağı adi qarşıladılar. Tükləri də tərpənmədi. Sezonun başında belə deyildi axı. Görünür, elə bu «Qarabağ»ı Bayılda udmaqları özlərinin də yadından çıxıb indi.
Kərim Diniyevin dillərə dastan olayı kollektivə qurşaqdan aşağı zərbə vurub. Baş məşqçiyə və onun özündən müştəbeh oğlunaqarşı güclü antipatiya yaradıb. Bir yerdə söz-söhbət nə qədər olar axı… Hamı bezər də bunlardan.
Bax, «Səbail» də o mərhələdədir, həmin çətinlikləri yaşayır. Avrokuboklara vəsiqə şansı nəzəri cəhətdən yenə qalmaqdadır, sadəcə, ata-oğul Diniyevin olduğu yerdə bunun gerçəkləşməsi zəif ehtimaldır artıq. Rauf Vəliyev yenə böyük səhv edər - əgər onları yayda da burada saxlasa. Diniyevin ayağını basdığı məkanda ot bitməz, nə xeyir olar, nə bərəkət.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti