Milyonlarla pulu bu adamın yolunda xərcləməyə dəyməz!

31 Mart 16:30 Səbail 897
Milyonlarla pulu bu adamın yolunda xərcləməyə dəyməz!

Çempionat final mərhələsinə yaxınlaşdıqca, iştirakçıların real gücü üzə çıxır.

«Səbail» hazırda turnir cədvəlinin 6-cı pilləsindədir və «futbol ili»ni bu yerdə başa vursalar, çırtdıq çalıb oynasınlar.

Son vaxtlar oynadıqları futbol olmasa da.

Şahin Diniyev qəti üzülməsin və narahat olmasın - sezonun ən bəxtli məşqçisinin kimliyini müəyyənləşdirmək lazım olsa, o, həmkarlarını böyük fərqlə qabaqlayacaq.

Dünən də həmin günlərdən birini yaşadı. «Səbail»in ardıcıl üçüncü məğlubiyyəti almasına futbol ilahəsi mane oldu.

Böyük hesabla uduzmalı idilər. İkinci hissədə meydanda bir komanda var idi, o da «Səbail» deyildi.

Bilmirəm, Şahin Diniyev yenə neyləmişdi, «Turan»ın hücumçularının ayağı «bağlanmışdı», elə bil. Gör, artıq neçənci dəfədir «Səbail» layiq olmadığı 1 xalı qazanır.

Bu minvalla çox uzağa getməyəcəklər. Şahin Diniyev imkanlı klubda çalışır, əmbə ki, iddialı komanda qura bilmir.

O, həmişə belə olub da: yaxşı başlayır, pis qurtarır.

Çox istərdim ki, klubun şefi Rauf Vəliyev ziyanın yarısından qayıtsın. Hədəflərinə uyğun baş məşqçi ilə yola çıxmadığını başa düşsün.

Bilsin ki, milyonlarla pulu kimlərin yolunda xərcləyir. Şahin Diniyevə ümid olan sonda çıraqsız qalar.

Yaxşı məşqçi olsaydı, bu 20-25 ildə normal bir nəticə qazanardı da.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti