Arbitraj Tribunalı AFFA-nın QALMAQALLI QƏRARını ləğv etdi

29 Mart 14:00 Səbail 426
Arbitraj Tribunalı AFFA-nın QALMAQALLI QƏRARını ləğv etdi

Apellyasiya Arbitraj Tribunalı AFFA-nın İntizam Komitəsinin qərarını ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb:

1. “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. AFFA U-15 Liqası çərçivəsində 10 mart 2024-cü il tarixdə keçirilən “Səbail” FK – “Lion” PFK oyunundan sonra “Lion” PFK komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə, onlara hədə-qorxu gəlindiyinə görə "Lion" PFK-nın 3 ev oyunu azarkeşsiz keçirməsi cəzasının verilməsi (İntizam Məcəlləsinin 1-ci maddəsi) barədə AFFA-nın İntizam Komitəsinin 15 mart 2024-cü il tarixli qərarı ləğv edilsin.

3. İş yenidən baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilsin.

4. Apellyasiya şikayəti qalan hissədə baxılmamış saxlanılsın.

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!