Rauf Vəliyevin yaxınları Diniyevi hansı məşqçi ilə əvəzləmək istəyir?

26 Mart 15:00 Səbail 1 821
Rauf Vəliyevin yaxınları Diniyevi hansı məşqçi ilə əvəzləmək istəyir?

Premyer Liqanın son 2 turunda məğlubiyyətlə üzləşən «Səbail»də narahatlıq yaranıb.

«Sumqayıt» və «Neftçi»yə yenilən «dənizçilər»in rəhbərliyində Şahin Diniyevdən narazılıq sədaları eşidilməkdədir.

Klubun Müşahidə Şurasının sədri Rauf Vəliyevə yaxın şəxslər baş məşqçinin əleyhinə kampaniyaya start verib.

Onlar 2022-ci ilin dekabrından bəri sükan arxasında dayanan mütəxəssisin komandanı avrokuboklara daşımasına artıq inanmadıqlarını açıq-açıq ifadə edirlər.

Həttu bunu R.Vəliyevin özünə söyləməkdən çəkinmirlər. Çox maraqlıdır ki, sponsor da daha əvvəlkitək Diniyev barədə nikbin danışmır.

Alternativ? Bəli, o da var artıq.

Vəliyevin klubda vəzifə verdiyi şəxslər Azər Bağırovun namizədliyi ətrafında birləşib. Gənc mütəxəssisin «Araz-Naxçıvan»da gördüyü işləri təqdir edir,

Diniyevi yolu salıb onu görəvə gətirməyin ən doğru addım olacağını deyirlər.

Bildirirlər ki, hazırkı baş məşqçi 10 milyon manata yaxın büdcəyləm medallara iddialı komanda yaratmağı bacarmayıb, əvəzində boş-boş vədlərlə vaxt udur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"