Klubun sponsoru bu qədər pul payladı, hamısı heç oldu

13 Mart 14:20 Səbail 681
Klubun sponsoru bu qədər pul payladı, hamısı heç oldu

«Səbail»in məşqçi və futbolçuları «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevi məyus edib.

«Dənizçilər»in Premyer Liqanın 26-cı turunda «Sumqayıt»a 0:1 hesabıyla uduzması klubun baş sponsorunun ovqatını korlayıb.

Belə ki, Vəliyev öncəki tur Qəbələ səfərində əldə olunan 3 xala görə komandaya kifayət qədər böyük məbləğdə pul paylayıb.

Matçdan öncə kollektivə elan edilib ki, qələbəyə 1500 manat veriləcək. İlk hissədə 0:2 hesabıyla məğlub duruma düşən «dənizçilər»ə fasələdə xoş xəbər çatdırılıb.

Bildirilib ki, R.Vəliyev mükafatın məbləğini ikiqat artırıb.

«Qəbələ»nin meydanda azlıqda qalmasından istifadə edən Bayıl təmsilçisi hesabda geridönüşə imza atınca, ASCO-nun şefi vəcdə gəlib, hər oyunçuya çatacaq mükafatın məbləğini 3500 manata çatdırıb.

Belədə kollektivin adından Vəliyevə söz verilib ki, qələbələrin ardı gələcək. Sən saydığını say, gör, «Sumqayıt» nə sayır! «Kimyaçılar» Kasemr Ninqanın vurduğu yeganə qolla «Səbail»in bütün planlarını pozub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!