AFFA-dan kluba 70 min manatlıq SON XƏBƏRDARLIQ!

12 Mart 18:00 Səbail 1 513
AFFA-dan kluba 70 min manatlıq SON XƏBƏRDARLIQ!

AFFA "Səbail"in sabiq futbolçusu Tural Bayramlıya olan 70 min manatlıq borcunu ödəmədiyi üçün xəbərdarlıq məktubu göndərib.

Yarımmüdafiəçinin hüquqlarını qoruyan ”Hasanli Sport Law Center” şirkətinin rəhbəri Elcan Həsənli Sportinfo.az-a açıqlamasında məlumatı təsdiqləyib:

"Bəli, AFFA kluba rəsmi məktub ünvanlayıb".

Tanınmış vəkil "Bəs bundan sonra nələr ola bilər" sualına isə belə cavab verib:

"Məktubda qeyd olunub ki, 31 marta kimi ödəniş edilməlidir. Biz də verilən müddəti gözləyirik.

Əgər göstərilən tarixə kimi ödəniş olunmasa, AFFA-nın məktubuna əsasən, kluba sanksiyalar veriləcək".

Ötən ilin sonunda AFFA Apellyasiya Arbitraj Tribunalı "Səbail"in Tural Bayramlıya 70 min manat kompensasiya ödəməli olması barədə qərar çıxarıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"