Baş məşqçinin növbəti yalanı

9 Mart 14:40 Səbail 748
Baş məşqçinin növbəti yalanı

Dünən turnir cədvəlində yerdəyişmə qeydə alındı.

«Səbail» ikinci pillədəki mövqeyni «Sumqayıt»a təhvil verdi.

Bu, Şahin Diniyevin komandasının «Sumqayıt»a mövsüm ərzində üçüncü, mövsüm ərzində isə doqquzuncu məğlubiyyəti idi.

Final fitindən bir az keçdi, Diniyev iddia irəli sürdü. Uduzduqları oyunların hamısında «Sumqayıt»dan üstün təsir bağışladıqlarını söylədi.

Biz elə bil, Afrikadan, Monqolustandan, dünyanın o başından gəlmişik, bu çempionatdan biqafilik.

Futbolda təsadüf bir dəfə olur. Eyni hal ikinci, hətta üçüncü dəfə təkrarlanırsa, burada təsadüf axtarmaq gülüncdür.

Diniyevin gözün, normal əqlin qəbul etmədiyi «məntiq»inə bir quş!

Səlahət Ağayev ikinci Şahruddin Məhəmmədəliyevdir. İstənilən oyunu çıxara da, uduzdura da bilər.

Ağayevə etibar edən şir ürəyi yeməlidir. Ya da ki, hər oyundan qabaq «volidol» içməlidir.

Səlahətin yaşı artdıqca, səhvləri də artır.

Deyilənə görə, ayda 12500 manat maaş alır. Bəxti gətirib ki, mən onun baş məqçisi olmamışam.

Uzağı, 1250 manat pul verərdim, deyərdim ki, vergini, sosialı da özün ödə, rəhbərliyə yaxın getmə.

Üstünə gələn yumşaq topu qolunun altından qapıya buraxan qapıçı başqa cür münasibəti haqq eləmir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!