Baş məşqçi ilə azarkeşlər arasında məxfi söhbət - VİDEO

8 Mart 23:00 Səbail 422
Baş məşqçi ilə azarkeşlər arasında məxfi söhbət - VİDEO

“Səbail” Qəbələ səfərində hava-su kimi lazım olan qələbəni əldə etdi.

Meydan sahibləri ilk hissədə 2:0 hesabı ilə önə keçsə də, Lukas Afrikonun komanda yoldaşlarını çətin vəziyyətdə qoyması ilə qonaqların əl-qolu açıldı.

Nəticədə “dənizçilər” əvəzetmələr sayəsində 3 qol vuraraq möhtəşəm geridönüşlə turnir cədvəlində ikinci pilləyə yüksəldi.

Oyun başa çatandan sonra “Səbail”in futbolçuları Bakıdan Qəbələyə yollanan azarkeşlərinin qarşısına gedib qələbəni onlarla qeyd etdilər. Lakin baş məşqçi Şahin Diniyev bir müddət gözlədi.

Ara sakitləşəndən sonra mətbuat katibi Rəşad Məmmədovla birlikdə tribunanın önünə gedib fanatlara minnətdarlığını bildirdi.

Həmin an orada olmasaq da, hal şahidlərindən biri ilə söhbətdə baş məşqçinin dediklərinin ümumi məzmununu öyrənə bildik.

“Hər birinizə təşəkkür edirəm. Uzaq yolu Bakıdan Qəbələyə qət edib gəlmisiniz. Bu gün verdiyiniz dəstəklə komandanın yanında olduğunuzu göstərdiniz.

İlk hissədən sonra komanda 0:2 hesabı ilə geridəydi. Ancaq siz soyumadınız, inam göstərdiniz və sona qədər dəstək verdiniz. Nə qədər təşəkkür etsəm də, azdır”.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!