“İndiki vəziyyətdə 1 xal da bizim üçün qazancdır”

5 Mart 23:40 Səbail 642
“İndiki vəziyyətdə 1 xal da bizim üçün qazancdır”

“Səbail”in yarımmüdafiəçisi Rafael Məhərrəmli Sportinfo.az-a müsahibə verib.

- Çempionatın gedişatını necə dəyərləndirirsən?
- Öncə onu deyim ki, oyunlar çox maraqlı və son saniyəyə qədər gərgin keçir. Bu görüşlərdə qələbə də qazana bilərik, məğlub ola da. Oyunlar son saniyələrə qədər drammatik alınır. Qələbəyə həm biz, həm də rəqib yaxın olur.

- “Araz-Naxçıvan”la qarşılaşmada hesabı “Səbail” açsa da, ilk hissədə ardıcıl 2 qol buraxdız. Nə baş verdi?
- Hesabda önə keçəndən sonra ani diqqətsizlik və səhvlərimiz ucbatından iki top buraxdıq. Futboldur, belə hallar olur. Əsas odur ki, məğlub olmadıq, ikinci hissədə toparlanaraq matçı bərabərliklə başa vurduq.

- Bəs qələbə qazanmağınıza nə mane oldu?
- Qələbəni çox istəyirdik. Bunun üçün də ikinci hissədə çox yaxşı mübarizə apardıq. Hesab bərabərləşəndən sonra imkanlarımız da oldu.Təəssüf ki, qələbə qolunu vura bilmədik. İndiki vəziyyətdə 1 xal da bizim üçün qazancdır.

- Sənə elə gəlmir ki, prinsipial qarşılaşmada itirilən 2 xal mövsümün sonunda sizə baha başa gələ bilər.
- Xeyr, belə düşünmürəm. Xalsız qalmaqdansa, 1 xal daha yaxşı nəticədir. Əksinə, mövsümün sonunda qazandığımız xallar işimizə yaraya bilər. Növbəti oyunlarda daha yaxşı olmaq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!