Legionerlərə böyük pullar xərcləyən klub 100 manatı da uşaqlara çox gördü… NEQATİV HADİSƏ!

5 Mart 19:00 Səbail 844
Legionerlərə böyük pullar xərcləyən klub 100 manatı da uşaqlara çox gördü… NEQATİV HADİSƏ!

«Səbail» rəhbərliyi «unikal» qərar qəbul edib.

Bütün diqqətini Premyer Liqaya yönəldən idarəçilər akademiyanı «hesabdan silib».

Bu barədə redaksiyamıza aşağı yaş qrupları üzrə komandaların formasını geyinən futbolçuların valideynləri məlumat verib.

Onların bildirdiyinə görə, son vaxtlara kimi akademiyaya aylıq 4000 manat ayrılıb. Bu məbləğ sırf yolpulu üçün nəzərdə tutulub.

O da hamıya şamil deyilmiş.

Hər komandadan bir neçə istedadlı uşaq və yeniyetmə seçilib, hansı ki, ailəsinin maddi durumu zəifdir və uzaq məsafədə yaşayır, Bayıla gəlib-gedə bilmir - onlara 100 manat ödənilirmiş.

Valideynlərin dediyinə görə, bu cüzi vəsaitin kəsilməsinə dair göstəriş Firuz Abdulla tərəfindən verilib.

Ötən ilin yayında AFFA-nın mətbuat katibi postunu «Səbail»in idman direktoru vəzifəsinə dəyişən F.Abdulla heç bir tutarlı səbəb gətirmədən bu addımı atıb.

Təbii ki, yaranmış vəziyyət akademiyanın fəaliyyətindəki nizamı pozub. Şikayətçilər övladlarını məşqə göndərməyə pul tapmadıqlarını söyləyirlər.

Bu şəxsləri düşündürən sual sadədir - azərbaycanlı uşaqlara vermək üçün 100 manat tapmayan yönətim gündə bir legioneri hansı pulla ölkəmizə gətirir?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!