Almeyda: "Mövsüm sona yaxınlaşdıqca, hər xalın önəmi daha da artır"

3 Mart 15:15 Səbail 425
Almeyda: "Mövsüm sona yaxınlaşdıqca, hər xalın önəmi daha da artır"

“Səbail”in yarımmüdafiəçisi Valdemar Almeyda Sportinfo.az-a açıqlama verib.

31 yaşlı portuqaliyalı ilk olaraq Premyer Liqanın 24-cü turunda “Sabah”ın məğlub etdikləri (2:0) matçı şərh edib:

“Sabah”la oyuna çox ciddi hazırlaşmışdıq. Hər iki hissədə yaxşı futbol oynadıq və qələbə qazandıq.

Üstün oyunumuzu hesaba da əlavə edə bildik”.

Bayıl təmsilçisi son 3 görüşdə aktivinə 7 xal yazdıra bilib. Və bunun sayəsində 5-ci pilləyə yüksələn kollektivi ikinci sıradan cəmi iki xal ayırır.

Orta sahə oyunçusu bildirib ki, əsas hədəfləri bu tempi qorumaq və hətta mümkün olduqca daha da yaxşılaşdırmaqdır:

“Əla komandamız var. Zamanla daha yaxşı olmağa çalışacağıq.

Mövsüm sona yaxınlaşdıqca hər bir xalın önəmi daha da artır. Əsas istəyimiz odur ki, bu tempi qoruyaq və zamanla daha yaxşı olaq”.

Qarşıdan isə sonuncu pillədə qərarlaşan “Qəbələ” ilə səfər oyunu gəlir. Almeyda qarşılaşmanın çətin keçəcəyini sözlərinə əlavə edib:

“İndi bizi daha bir çətin qarşılaşma gözləyir. Səfərdə “Qəbələ” ilə oyunun bizim üçün çətin keçəcəyini deyə bilərəm.

Əsas istəyimiz səfər oyunundan sərfəli nəticə qazanmaqdır”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"