Premyer Liqada dörd klub dəyişdi, gördüyü bu oldu

27 Fevral 02:50 Səbail 632
Premyer Liqada dörd klub dəyişdi, gördüyü bu oldu

Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, “Səbail”in müdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.

29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.

Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev “Zirə”də forma geyinib.

O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də üç, “Səbail”də 2 dəfə fərqlənib.

Adil ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"