Bu qədər güclü “arxa”sı var, əgər komandanı Avropaya apara bilməsə...

26 Fevral 21:00 Səbail 4 161
Bu qədər güclü “arxa”sı var, əgər komandanı Avropaya apara bilməsə...

Mövsümün prblemdən uzaq klublarının başında «Səbail» gəlir.

Elxan Məmmədovun sözü olmasın, niyə də yox?

Hakimlərin hesabına Premyer Liqanın keyfini çıxarırlar.

Adı Barış Şimşəkin, dadı AFFA-nın sabitq icraçı vitse-prezidenti və baş katibinin olan hakimlər bütün ədalət prinsiplərinə tüpürüblər.

Onlar üçün yalnız bir «dəyər» mövcuddur - «Səbail». Bu dəstək, bu hamilik o qədər güclüdür, ölkənin ən zəif məşqçilərindən biri sayılan Şahin Diniyev özünü suda balıq kimi hiss edir.

Niyə etməsin, hansı məşqçiyə bir belə dəstəkçi çıxsa, göyün yeddinci qatına qalxar.

Bu mənzərə təkcə bizi gözümüz önündə açılmır. Nə var, nə yox, onu «Səbail»in futbolçuları da görür.

Və elə onun üçün də hər oyunda özlərini yerə atır, rəqibə təpik vurur, ayağını tapdalayır. Çün arxayındırlar, bilirlər ki, hakimlərin simpatiyası onlardan yanadır.

«Qurd basar» məsələsi havadan, sudan, torpaqdan yaranmayıb ki! Belə yerdə işləməyə nə var e!

Hakimdən tərəfkeşlik, xoş üz, bağışlanma görən istənilən futbolçu ürəklənər. Gözdə bu şəxslərdən qorxu-hürkü olmayandan sonra dağı dağ üstünə qoyarlar.

«Səbail»dəkilər də yad planetdən gəlməyib, təbii ki, meydanın ağalarının onlar tərəfdə olmasını görürlər, anlayırlar.

Və bir qədər də cəsarətlənirlər. Bunu sezmək, hiss etmək, görmək o qədər rahatdır ki!

Şahin Dinyiev yayda «Səbail»ə avrozana bileti almasa, özündən küssün. Klubun şefi Rauf Vəltyevlə yanaşı, hakimlərdən üzr istəməlidir onda.

Başqalarının həsəd aparacağı qədər edilən dəstək/yardımı boşa verdiyi üçün. Ondan belə işləməsin ta!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!