Başına gələn olayla hamını qorxudan forvarddan SON XƏBƏR

14 Fevral 14:20 Səbail 592
Başına gələn olayla hamını qorxudan forvarddan SON XƏBƏR

"Səbail”in hücumçusu Ağabala Ramazanovun sağlıq durumunda irəliləyiş var.

Qış fasiləsindən sonra komandasının bütün matçlarını tribunadan izləyən "10 nömrə" fiziki hazırlığa start verib

Müalicəsini hələ də davam etdirən yarımmüdafiəçinin topla çalışmalara nə vaxt başlayacağı isə məlum deyil.

Cari mövsümü başa vurduğu böyük ölçüdə dəqiqləşən futbolçunun karyerasını davam etdirməsi ilə bağlı narahatlıq qalmayıb.

Halbuki daha əvvəl həkimlər bu yöndə qərar verməyə tərəddüd edirdilər.

Xatırladaq ki, Ağabala "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb.

Və bu səbəbdən 3 aydan artıqdır yaşıl meydanlardan kənar qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti