"O, hər bir məqamı nəzərə almalıdır və fikrimizcə, bunu edir"

29 Aprel 2022 14:20 Şahmat 468
"O, hər bir məqamı nəzərə almalıdır və fikrimizcə, bunu edir"

"Rəcəbov hazırlıq prosesində hər bir məqamı nəzərə almalıdır və fikrimizcə, bunu edir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qurumun mətbuat xidmətinə açıqlamasında Teymur Rəcəbovun İddiaçılar Turnirinə hazırlığı barədə danışarkən deyib.

FİDE-nin vitse-prezidenti postunu da tutan funksioner bildirib ki, federasiya 35 yaşlı qrossmeysterin hazırlığı üçün lazımi köməkliyi göstərib:

"Mütəmadi olaraq, ünsiyyətdəyik, hazırlıq prosesini izləyirik. O, təcrübəli şahmatçıdır. Bu, Rəcəbovun karyerasında ilk deyil, üçüncü İddiaçılar Turniri olacaq".

FİDE rəhbər heyətinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş iclasında iştirak edən Məmmədov toplantıda mühüm məsələlərin müzakirə edildiyini söyləyib:

"Ali şahmat qurumu FİDE-nin vitse-prezidenti Anastasiya Sorokinanı Madrid şəhərinin ev sahibliyi edəcəyi İddiaçılar Turnirinin təşkilatçılığına məsul şəxs kimi təsdiqlədi.

Püşk mərasimində ölkələri qurumda çalışan müxtəlif rəsmi şəxslər təmsil etdi. Məsələn FİDE-nin vitse-prezidenti Başar Kouatli turnirdə Fransanı təmsil edəcək Alireza Firuzcanın püşkdəki sıra nömrəsini müəyyənləşdirdi.

Püşkə əsasən, şahmatçımız Teymur Rəcəbəv ilk turda ağ fuqurlarla Alireza Firuzcaya qarşı çıxış edəcək. Artıq turnirin təqvimi məlumdur.

Püşkün əhəmiyyəti odur ki, şahmatçının turlardakı rəqiblərini və hansı rəngdə fiqurlarla çıxış edəcəyini dəqiqləşdirir. İştirakçının hazırlıq prosesi üçün bu, çox vacibdie. Rənglərin ardıcıllığı şahmatçıya görə çox önəmlidir".

İyunun 16-da start götürəcək İddiaçılar Turniri iyulun 7-dək davam edəcək. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!