"Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm"

21 Sentyabr 2020 23:40 Sabah 658
"Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm"

“Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Xulio Sezar Rodriges Premyer Liqanın III turunda “Zirə” ilə keçirilən oyun haqda danışarkən deyib.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk topun müəllifi olan paraqvaylı forvard klubun rəsmi saytına açıqlamasında “Sabah”da qol hesabını açması ilə bağlı təəssüratlarını bölüşüb: “Məni birinci qoldan çox sevindirən məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.

Dünənki qarşılaşmada Xulio oyuna start heyətində başlayıb sona kimi meydanda olub.

Bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandada yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).

Digər Xəbərlər
Xəbər Lenti