"Sabah"ın çempionluq sevinci – Türkiyədən VİDEO+FOTO

21 May 2024 09:40 Sabah 2 116
"Sabah"ın çempionluq sevinci – Türkiyədən VİDEO+FOTO

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib.

Təmsilçimiz turnirin qrup mərhələsində Suriyadan "El Nuhbe" (2:2) və Türkiyədən "Kepezaltı" (2:2) ilə heç-heçə edib, yerli "Ortacı Esnaf"a qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb.

U-14 bu mərhələdə "Antalya"ya böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb.

Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala yüksəlib.

"Sabah"ın uşaqları Türkiyədə çempion oldu

Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var