"Sabah"ın uşaqları "Başakşehir" və "Qaziantep"ə qalib gəldi

31 May 02:20 Sabah 841
"Sabah"ın uşaqları "Başakşehir" və "Qaziantep"ə qalib gəldi

Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə ilk oyunlarını keçirib.

İlk matçda komanda yerli “Rizespor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Səhlab Məmmədov fərqlənib.

“Sabah” növbəti qarşılaşmasında “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Arda Fərəmuzov vurub.

Baş məşqçi Emin Salmanovun çalışdırdığı kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb.

Təmsilçimiz bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Matçda hər üç qola Arda Fərəmuzov imza atıb.

Üç oyundan sonra "Sabah"ın hesabında altı xal var.

Digər Xəbərlər
Xəbər Lenti