"Bəzən meydanda yuxulu olur, "yatır" - Yığmamızın müdafiəçisi haqda

6 Aprel 2020 19:30 Sabah 773
"Bəzən meydanda yuxulu olur, "yatır" - Yığmamızın müdafiəçisi haqda

"Bəhlul gənc və istedadlı futbolçudur. Amma hələ gəncdir, çox şey öyrənməlidir ki, Avropaya çıxmağa hazır olsun. Bunun üçün üzərində çox çalışmalıdır".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin legioner həyatı yaşamaq perspektivini dəyərləndirib. 46 yaşlı çalışdırıcının fikrincə, Azərbaycan millisinin də şərəfini qoruyan Mustafazadə buna hələ hazır deyil:

"Bəhlulun yaxşı bədən quruluşu var. Onunla bağlı müsbət düşüncədəyəm və fikrimcə, gələcəkdə karyerasını böyük çempionatlarda, top-klublarda davam etdirəcək.

Hər şeydən önəmlisi odur ki, Bəhlul çox yaxşı oğlandır, hər zaman öz üzərində çalışır, hər gün yeniliklər öyrənmək istəyir. Belə davam etsə, karyerası daha uğurlu olacaq".

Mustafazadənin "Sabah"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. Sopiç yetirməsinin çatışmazlıqlarından bəhs etməyi də unutmayıb: "Bəhlul yığma üzvüdür.

Çox yaxşı oyunçudur. Amma bəzən meydanda elə situasiya baş verir ki, həmin anda bir balaca yuxulu olur, "yatır". Başa düşməlidir ki, oynadığı mövqe böyük məsuliyyət tələb edir, ani bir səhvi 99 faiz qolla nəticələnə bilər.

Yəni onun səhvi həlledici ola bilər. Bəhlulun qarşısında 14-15 illik futbolçu karyerası var. Məncə, təcrübə topladıqca bu problemlər həll ediləcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”