"Pulu olmayanlar stullarla məşq etsin" - ƏHLI-KEF ADAM

2 Aprel 2020 17:10 Sabah 593
"Pulu olmayanlar stullarla məşq etsin" - ƏHLI-KEF ADAM

“Səbail”in futbolçusu Hendrik Ekşteyin fərdi məşqlərini davam etdirmək üçün idman avadanlıqları alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə oyunçu özü ölkə mətbuatına açıqlamasında danışıb:

“Komanda məşqləri dayandırıb. Ancaq özümüz fərdi şəkildə hazırlıqlarımızı davam etdirməliyik. Evdə çalışmaq istədiyimiz qədər keyfiyyətli olmur.

Ona görə də bir neçə idman avadanlığı almışam. Bunları almağa pulu olmayan oyunçular çalışıb evdə stullarla məşq etsinlər. Çünki formada qalmaq çox vacibdir”.

29 yaşlı futbolçu Azərbaycanda yaranan koronavirus pandemiyası ilə bağlı vəziyyəti də şərh edib: “İstədiyimiz vaxt çölə çıxa bilmirik. Bura Cənubi Afrika kimi deyil.

Evdə qalmağımızın daha yaxşı olduğu deyilib. Bunun üçün də çölə çıxmırıq. Klub bizə bəzi tapşırıqlar verib. Onlarla məşğuluq. Mənim üçün hər şey qaydasındadır. Azərbaycanda olduğum üçün xoşbəxtəm. Futbolların başlanmasını gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti