"Sabah" fəaliyyətini müvəqqəti dayandırmağa qərar verdi

15 Mart 2020 23:20 Sabah 801
"Sabah" fəaliyyətini müvəqqəti dayandırmağa qərar verdi

Azərbaycanda daha bir komanda fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, söhbət “Sabah”dan gedir.

Paytaxt təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq,

“Sabah” Futbol Klubu əsas, əvəzedici və akademiya komandalarının məşqlərini müvəqqəti olaraq dayandırır. Atılmış bu addım kollektivin sağlamlığı nəzərə alınaraq, infeksiyaya yoluxmaq riskinin azaldılmasına hesablanıb.

Daha öncə “Neftçi” və “Sumqayıt” da bütün komandaların məşqlərinə fasilə verildiyini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"