"Burada klub yaradılsa, maliyyə dəstəyi verərəm"

9 Mart 18:48 Sabah 590
"Burada klub yaradılsa, maliyyə dəstəyi verərəm"

Sportinfo.az əslən Kürdəmirdən olan Azərbaycan millisinin və “Sabah”ın hücumçusu Ramil Şeydayevin müsahibəsini təqdim edir:

- Kürdəmir futboluna hansı töhfəni verə bilərsiniz?

- Kömək etməyə çalışıram. Amma burada ən önəmli amil maliyyədir. İlk növbədə, sponsor olmalıdır. Açığı, indiki məqamda mən bunu edə bilmərəm. Çünki özüm hələ futbolçuyam. Lakin gələcəkdə Kürdəmir futboluna kömək etmək planlarımda var. Rayon komandasının Premyer Liqada oynaması üçün dəstək verməyi düşünürəm.

- Hazırda sizin mənəvi dəstəyiniz daha önəmlidir. Bu gün rayonda istedadlı futbolçuların üzə çıxmaları və yetişmələri üçün onlara nə məsləhət görərdiniz?

- Bunu yalnız sözlər vasitəsilə ifadə edə bilərəm. Bura yenə gələcəyəm. Bilmirəm, bunun nə dərəcədə köməyi dəyəcək. Bəlkə də, bura gəlişim uşaqlar, futbolçular üçün əlavə motivasiya olar. Yavaş-yavaş nələrsə etməyə çalışıram.

- Kürdəmirdə gənclərdən ibarət komanda yaradılsa, onlarla mütəmadi maraqlana bilərsiniz?

- Əlbəttə, Premyer Liqada iştirak etmək üçün komanda yaradılsa, həm maliyyə məsələsində, həm də digər işlərdə kömək edə bilərəm. Hamımız birlikdə nələrsə etməyə çalışacağıq. Düşünürəm ki, indi olmasa da, gələcəkdə bunu edə bilərik.

- Futbol komandasını yaratmaq üçün ilk olaraq nədən başlamaq lazımdır?

- Bayaq da dediyim kimi, əsas məsələ maliyyədir.

- Kürdəmirli gənc futbolçulara nəyi tövsiyə edərdiniz?

- Region Liqasında yaxşı oynamalarını, özlərini göstərmələrini məsləhət görərdim. Komandaya bu turnirdə uğurlar arzu edirəm.

- Kürdəmirlə bağlı hansı xatirələriniz var? Bir dəfə sosial şəbəkə hesabınızda “Bığ” restoranının qarşısında çəkdirdiyiniz fotonuzu paylaşmışdınız...

- Rayona əvvəllər də gəlmişəm. Cəyli kəndində nənə-babamın yanında olmuşam. "Bığ" restoranında isə çay içmişəm. Başqa heç nə xatırlamıram (report).

Digər Xəbərlər
Xəbər Lenti