120 min dollar verin, Azərbaycana gəlsin!

11 Noyabr 2019 10:38 Sabah 1 840
120 min dollar verin, Azərbaycana gəlsin!

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Sipive Şabalala karyerasını Azərbaycanda davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır.

İddiaya görə, onların sırasında Şabalala ilə vətənində “Kayzer Çifs”də komanda yoldaşı olmuş Hendrik Ekşteynin hazırda formasını geyindiyi “Sabah” da var. Forvardın agenti ötən ilin iyununda “Erzurumspor”dan ayrılandan bəri klubsuz olan müştərisinin karyerasını bitirmək haqda düşünmədiyini bildirib.

O, hazırda bir neçə klubla danışıq apardıqlarını vurğulayıb. Afrikalının 2 illik müqavilə tələbi onun xidmətində maraqlı olan komandalarla anlaşmasına mane yaradan yeganə məqamdır.

Sportinfo.az-ın məlumatına görə, Şabalala Azərbaycanda çıxış etməyin qarşılığında illik 120 min dollar istəyib. O, 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının açılış matçında ilk qolun müəllifi kimi tarixə düşüb. Meksika yığması ilə görüşün 55-ci dəqiqəsində hesabı açsa da, rəqib 79-cu dəqiqədə bərabərlik topunu vura bilib.

Digər Xəbərlər
Xəbər Lenti