Azərbaycanda çalışan məşhur "Sabah"ın yeni baş məşqçisini necə tanıyır?

24 İyun 2025 02:10 Sabah 867
Azərbaycanda çalışan məşhur "Sabah"ın yeni baş məşqçisini necə tanıyır?

“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun futbol kollektivinin sükanı arxasına keçən həmyerlisi Valdas Dambrauskasın təyinatını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə “report”a danışıb.

O, “Sabah”ın yeni baş məşqçisi haqqında müsbət fikirlər səsləndirib:

"Valdas Dambrauskası tanıyıram. Yaxşı məşqçidir.

Beynəlxalq təcrübəyə malikdir. Ona və futbol komandamıza uğurlar arzulayıram.

Mən həmişə "Sabah"ın oyunlarını izləməyə gedirəm. Düşünürəm ki, o da bizim oyunlarımızda dəstək verməyə gələcək”.

Rusiyalı mütəxəssis Vasili Berezutski ilə yolları ayıran “Sabah” bir neçə gün öncə litvalı V.Dambrauskasla 3 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA