"Tottenhem"in sabiq üzvü Azərbaycan klubunda - SON DƏQİQƏ

23 İyun 23:40 Sabah 489
"Tottenhem"in sabiq üzvü Azərbaycan klubunda - SON DƏQİQƏ

Kristian Sebalyos yenidən "Sabah"a qayıdıb.

İspaniyalı veteran futbolçu bu dəfə məşqçi kimi "tələblər"ə kömək edəcək.

O, yeni baş məşqçi Valdas Dambrauskasın məşqçilər korpusunda yer alacaq.

32 yaşlı gənc mütəxəssisin futbolçu karyerasında son klubu "Sabah" olub.

Masazır təmsilçisində keçirdiyi 31 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir neçə ay əvvəl karyerasını başa vuran ispaniyalının "Sabah"dan öncə Belçikada “Sent-Trüden”, Qətərdə “Qətər”, “Əl Vakra”, İngiltərədə “Tottenhem”, “Çarlton” kimi klublarda forma geyindiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...