
Sofian Çakla "Sabah"dan cavab gözləyir.
Təcrübəli müdafiəçinin "tələblər"lə müqaviləsi başa çatıb.
Amma 31 yaşlı futbolçuya klubdan gözləməsi tövsiyə olunub.
Onunla bağlı yekun qərarı yeni baş məşqçi Valdas Dambrauskas verəcək.
Mərakeşli legioner özü də karyerasını ölkəmizdə davam etdirməkdə maraqlıdır.
Litvalı mütəxəssis Çaklanın köməyinə gərək duyacağı halda müdafiəçi ölkəsindən birbaşa Avstriya toplanışına qatılacaq.
Sofian Çakla arxada qoyduğumuz mövsüm meydana çıxdığı 29 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ