
Yusif İmanov kimi Abdulla Rzayev də "Sabah"ın Avstriya toplanışına qatılmayacaq.
23 yaşlı müdafiəçi "tələblər"in yeni mövsümlə bağlı planlarına daxil deyil.
Daha bir il müqaviləsi olan arxa xətt oyunçusu ilə yollar birdəfəlik də ayrılmayacaq.
O, digər Premyer Liqa klublarından birinə icarəyə veriləcək.
Bu hansı klub olacaq?
Yekun qərar hələ verilməyib.
Maraq üçün bildirək ki, qış fasiləsində "Neftçi" də gənc futbolçunun xidmətində maraqlı idi.
Gənclər millimizin sabiq üzvü başa çatan mövsüm 4 görüşdə meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu ilin əvvəlindən isə sabiq baş məşqçi Vasili Berezutskinin qərarı ilə əvəzedici komandaya göndərilib.
XANOĞLAN / SPORTİNFO.AZ