Böyük vədlərlə Bakıya gələn şəxs Qurban Qurbanovu taxtdan sala biləcək?

20:40 Sabah 717
Böyük vədlərlə Bakıya gələn şəxs Qurban Qurbanovu taxtdan sala biləcək?

Nəhayət, “Sabah"ın yeni baş məşqçisi müəyyənləşdi.

Litvalı mütəxəssis Valdas Dambrauskas "tələblər"i uğura daşımağı üzərinə götürdü.

Onunla 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin "Omoniya" (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

Gördüyünüz kimi müxtəlif ölkələrdə çalışıb.

Zəngin təcrübəsi var. Elə uğurları da az deyil.

Latviya və Xorvatiya kubokunu qazanan çalışdırıcın adında Bolqarıstan və Litva çempionluğu var.

Ölkəmizə dəvət olunmasının kökündə də bu dayanır.

48 yaşlı mütəxəssisdən gözləntilər böyükdür.

Əsas tələb isə Azərbaycan çempionu olmaqdır.

Litvalı ilə uzunmüddətli müqavilənin səbəbi budur.

O, bu mövsüm iddialı, xüsusilə "Qarabağ"la çempionluq mübarizəsində olacaq kollektiv qurmağı, növbəti mövsümlərdə isə "tələblər"i Azərbaycan çempionu edəcəyini vəd verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti