Azərbaycanda işləməsi üçün təzminat ödənildi - Danışıqlarda pərdənin o üzü…

14:00 Sabah 461
Azərbaycanda işləməsi üçün təzminat ödənildi - Danışıqlarda pərdənin o üzü…

“Sabah”ın yeni baş məşqçisi müəyyənləşib.

Klubun mətbuat xidməti saytımızın paylaşdığı məlumatı rəsmən təsdiqləyib.

Gözlənildiyi kimi, Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

O, baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalqiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Cənubi Kiprin (“Omoniya“) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

O, bura “Dyoşdyor”dan gəlib. Litvalı çalışdırıcı bu ilin fevralında sükanı arxasına keçdiyi Macarıstan klubu ilə 1,5+1 illik müqavilə imzalamışdı.

Odur ki, “Sabah“ın onunla apardığı danışıqlar bir qədər vaxt alıb. Və yekunda macar tərəfinə kompensasiya ödəmək lazım gəlib.

“Bayquşlar“ın konkret nə qədər xərcə düşdüyü açıqlanmır. Yayılan söz-söhbətlərə inansaq, təzminatın məbləği 200 min avrodan yüksəkdir.

SPORTİNF.AZ

Digər Xəbərlər
Xəbər Lenti