Azərbaycan klubunda yeni baş məşqçi, 3 illik müqavilə - SON DƏQİQƏ

20 İyun 12:40 Sabah 1 061
Azərbaycan klubunda yeni baş məşqçi, 3 illik müqavilə - SON DƏQİQƏ

Vasili Berezutskinin gedişi il baş məşqçisiz qalan "Sabah"ın axtarışları uzun sürməyib.

Azərbaycan kubokunun sahibi Valdas Dambrauskası sükan arxasına gətirib.

48 yaşlı çalışdırıcı ölkəmizdən gələn təklifə görə Macarıstanda “Dyoşdyor”dan ayrılıb. Litvalı mütəxəssis artıq "bayquşlar"la 3 illik müqavilə imzalayıb.

O, karyerası ərzində “Ekranas”, “Jalqris”, RFŞ, “Qoritsa”, “Ludoqorets”, “Hayduk”, “OFİ Krit” kimi komandalarında işləyib.

Ötən mövsüm onun çalışdırdığı “Omoniya” (Nikosiya) Konfrans Liqasının pley-offunda “Zirə” (6:0, 0:1) ilə qarşılaşıb və qrup mərhələsinə adlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu