"Biz kim olduğumuzu bilirik, heç kimdən qorxmuruq"

19 İyun 20:20 Sabah 176
"Biz kim olduğumuzu bilirik, heç kimdən qorxmuruq"

Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Sele"nin baş məşqçisi Albert Riera püşkü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Sloveniya klubunun ispaniyalı çalışdırıcısı bu haqda klubun saytına danışıb.

Deyib ki, "Sabah"ı təhlil etmək üçün vaxtları çoxdur:

"Püşkatma zamanı azarkeşlər və futbolçular rəqiblərlə bağlı hesablamalar aparır. Amma unutmaq olmaz ki, hər bir komanda daxili çempionat və ya kubok vasitəsilə avrokuboklara vəsiqə qazanır.

Bu da onların ciddi rəqib və keyfiyyətə malik olması deməkdir. İlk maneəmiz “Sabah” olacaq ki, qarşılaşmaya hələ çox vaxtımız var.

Rəqibi hərtərəfli təhlil edə biləcəyik. Ötən mövsüm güclü rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq".

A.Riera ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləmələrinin onlarda inam yaratdığını, ancaq bunu unutduqlarını, yeni məqsədlər üçün oynayacaqlarını bildirib:

"Hər mövsüm fərqlidir. Ötən mövsüm əldə etdiyimiz şey fantastik idi.

Biz təkcə klubun deyil, bütün ölkənin fəxr edə biləcəyi Sloveniya klub futbolunun tarixini yazdıq. Bu bizim üçün çox şey deməkdir.

Futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni motivasiya tapmalı, yeni məqsədlər qoymalı və onlara çatmaq üçün hər şeyi etməlisən.

Yeni mövsümə də bu düşüncə ilə daxil oluruq. Biz kim olduğumuzu bilirik, heç kimdən qorxmuruq.

Çünki istənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik. Biz yeni uğurlara can atırıq".

"Sabah” “Sele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!