
Mövsümün sonuтda "Sabah"ı tərk edəcəyi gözlənilən Stas Pokatilov qərarını dəyişib.
Təcrübəli qapıçı yeni mövsümü də ölkəmizdə keçirəcək.
Buna əsas səbəb Ölkə Kubokunun qalibi olan "tələblər"in Avropa Liqasında iştirak etmək hüququ qazanmasıdır.
32 yaşlı qolkiper hətta daha yüksək əməkhaqqı qarşılığında vətənə qayıtmağı da təxirə salıb.
Paytaxt təmsilçisi Qazaxıstan millisinin üzvünü qış fasiləsində heyətinə qatıb.
Tərəflər arasındakı anlaşmanın müddəti 2025-ci ilin yayı bitir.
Pokatilov "Sabah" formasında keçirdiyi 19 görüşdə qapısında 21 qol görüb.
Əcnəbi futbolçu karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 29 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ