Sloveniya klubu "Sabah"a rəqib oldu - Avropa Liqasında

17 İyun 2025 17:10 Sabah 1 366
Sloveniya klubu "Sabah"a rəqib oldu - Avropa Liqasında

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olub.

Püşkatma zamanı səpələnməmişlər səbətində yer alan "Sabah" Sloveniyanın "Sele" klubuna rəqib olub.

"Sabah" ilk oyununu iyulun 10-da Bakıda, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.

Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri "Qarabağ" (Çempionlar Liqası), "Zirə" və "Araz-Naxçıvan"dır (Konfransa Liqası).

Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA