Premyer Liqa klubunda milli üzvü ilə bağlı PLAN DƏYİŞDİ

16 İyun 2025 21:00 Sabah 1 268
Premyer Liqa klubunda milli üzvü ilə bağlı PLAN DƏYİŞDİ

"Sabah"da müqaviləsi bitən futbolçular sırasında Anatoli Nuriyevin də adı var.

Bir neçə gün əvvələ kimi onun klubu tərk etmək ehtimalı böyük idi.

Amma tərəflər arasında danışıqlar bərpa olunub.

Daha doğrusu "tələblər" yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Hazırda aktiv danışıqlar davam edir.

Qısa müddətdə 29 yaşlı futbolçunun buradakı taleyinə aydınlıq gələcək.

Anatoli 3 ildi Masazır klubunun formasını geyinir.

Milli komandamızın üzvü bu müddətdə meydana çıxdığı 105 görüşdə 12 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?