O da Azərbaycan klubundan ayrılacaqmı?

16 İyun 2025 02:10 Sabah 785
O da Azərbaycan klubundan ayrılacaqmı?

“Sabah”ın qapıçısı Stas Pokatilovun Azərbaycan klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü ilə müqavilə bu mövsümün sonuna qədərdir.

Onun sözləşməsini uzatmayacağı və ölkəsinə qayıdacağı ilə bağlı məlumatlar da var.

Qazaxıstanın “sports.kz” nəşrinin yaydığı xəbərdə isə bildirlib ki, 32 yaşlı qolkiper hələ ki karyerası ilə bağlı yekun qərar verməyib.

Pokatilov bu ilin yanvarında “Tobol”dan “Sabah”a keçib. O, bu mövsüm Bakı klubunda 18 oyun keçirib, 19 qol buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA