
Ortada 26 milyon 953 min - təxminən 27 milyonluq büdcə ilə beşinci yeri tutan “Sabah” nümunəsi var.
Komanda avqustda “Sent Partiks”ı hər iki oyunda uduzanda bu baş məşqçi Krunoslav Renduliç və rəhbərlik üçün siqnal olmalı idi.
Amma olmadı. Normal heyətə malik “Sabah” oyunçuların potensialına uzlaşmayan nəticələr göstərirdi.
Cesse Sekidika, Pavol Şafranko, Sofian Çakla, Con İrazabal, İvan Lepinitsa kimi legionerlərlə “Sabah” daha yüksık yerlərdə olmalı idi, amma qeyri-sabit nəticələr sonda komandanı Premyer Liqada 5-ci etdi.
Ancaq uğrusuz mövsüm yükünü komanda son anda üzərindən ata bildi.
Qaliblər mühakimə olunmur və “Sabah”ın kubokun finalında dişiylə, dırnağıyla vuruşub, layiq olduğu qələbəni qazandı.
Bununla, məncə, Vasili Berezutski də. komandası da klub prezidenti Maqsud Adıgözəlov qarşısında bəraət aldı.
Qarşıda “Sabah”ı Avropa Liqası gözləyir. Çətin mövsüm də göstərdi ki, komandanın Avropada daha irəli getmək üçün potensialı var.
Bunu bacaracaq baş məşqçisi isə var, ya yox?
Gəlin, 2 ay da gözləyək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN