Premyer Liqa təmsilçisi sükançısı ilə yollarını ayırdı - RƏSMİ

14 İyun 2025 20:40 Sabah 1 295
Premyer Liqa təmsilçisi sükançısı ilə yollarını ayırdı - RƏSMİ

"Sabah" baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Sabah"ın açıqlamasında qeyd olunub:

"Sabah" Futbol Klubu bildirir ki, baş məşqçi Vasili Berezutski ilə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.

Klub Vasili Vladimiroviçə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirir. "Sabah" onun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qazanaraq klubun tarixində əlamətdar və simvolik bir səhifə yazdı.

Biz Vasili Berezutskiyə və ailəsinə ən xoş arzularımızı çatdırır, həyat yoldaşına tezliklə sağalmağı və möhkəm can sağlığı arzulayırıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?