“Sabah” bu transfer üçün Türkiyə klubundan 1 MİLYON İSTƏDİ

11 İyun 13:20 Sabah 3 940
“Sabah” bu transfer üçün Türkiyə klubundan 1 MİLYON İSTƏDİ

"Vaxtilə Türkiyə Super Liqasının aparıcı klublarından birinə keçə bilərdim".

Sportinfo.az xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisinin heyətində dünya çempionu olan Təmkin Xəlilzadə bunu "Podkat" layihəsində qonaq olarkən deyib.

Xəlilzadə böyük futbolda olduğu vaxt Türkiyə klublarından biri ilə 3 illik müqavilənin bütün şərtlərini razılaşdırdığını qeyd edib.

Ancaq transferin baş tutmamasına səbəb "Sabah"ın onlardan 1 milyon dollar istəməsi olub. Super Liqa klubu "Biz Lionel Messini almırıq" deyərək bu məbləği ödəməyə razı olmayıb.

Nəticədə transfer baş tutmayıb və Xəlilzadə xaricdə çıxış edə bilməyib. Böyük futbol karyerası ərzində o, həmçinin "Qarabağ", AZAL, "Zirə" və "Qəbələ"də çıxış edib.

Təmkin Xəlilzadə 2017-2019-cu illərdə futbol üzrə Azərbaycan millisində 17 oyunda 3 dəfə fərqlənib. O, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasının qapısına vurduğu məşhur qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!