“Klubun yeni təyinat zamanı nəyi əsas götürəcəyini bilmirəm”

11 İyun 08:20 Sabah 239
“Klubun yeni təyinat zamanı nəyi əsas götürəcəyini bilmirəm”

"Serb mütəxəssis Marko Nikoliçin SSKA-nın baş məşqçi vəzifəsindən ayrılmasından sonra klubun əfsanələri olan Sergey İqnaşeviç və Vasili Berezutskinin bu vəzifəyə namizədliyinə baxılması maraqlı olardı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Matç TV"yə SSKA-nın (Moskva) prezidentinin keçmiş müşaviri Valeri Nepomnyaşşi deyib.

O, bu vəzifədə "Sabah"ın baş məşqçisi Vasili Berezutskini görmək istədiyini gizlətməyib:

"Komandanı SSKA üzləri olmuş futbolçulardan kiminsə qəbul etməsi maraqlı olardı. Həm İqnaşeviç artıq buna hazırdır, həm də Vasya Berezutski hazırda Azərbaycanda uğurla çalışır.

SSKA-nın yeni təyinat zamanı nəyi əsas götürəcəyini bilmirəm. Komandanın böyük potensialı var. Aydındır ki, bəzi mövqeləri gücləndirmək lazım olacaq".

Vasili Berezutski 2024/25 mövsümündən "Sabah"ın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!